• 23 Noyabr 2024 07:59

Hacı Surxay hər şeyi danışdı: Hacı Şahin dünən xəstəxanada olanda dedi ki…

 

“Dünən xəstəxanada olanda onunla əlaqə saxladım dedi ki, narahat olma yaxşıyam. Düzdür, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəksə də, heç vaxt cismində olan hər hansı bir narahatlıqdan şikayət etməyib. Hacı Şahin bizimlə hər zaman şən əhval-ruhiyyə ilə danışar, neqativliyi aradan qaldırmaq üçün zarafatlar edərdi”.

Bu sözləri Publika.az-a açıqlamasında Hacı Surxay Məmmədli deyib.

O, bildirib ki, Hacı Şahinin ürəktutmasından vəfat etdiyi xəbərini eşidəndə inana bilməyib.

“Bu, acı xəbər mənə inandırıcı gəlmədi. Şahin mənim həm çox yaxın dostum idi, həm də biz Qafqaz Müsəlmanları İdarəsində eyni səlahiyyətə malik idik. Onun aramızdan ayrılması din üçün, gənclik və cəmiyyət üçün böyük itkidir. Biz onunla mütəmadi danışırdıq, görüşürdük, amma son vaxtlar mənə bu haqda heç nə deməmişdi. Xüsusilə də, belə bir narahatlığını ifadə edən hər hansı bir şikayət etməmişdi. Nə demək olar, dünyanın işi belədir”.

Onun sözlərinə görə, son zamanlar Hacı Şahin böyük bir narahatlıq içində olub.

“Mənə deyirdi ki, qızımdan çox nigaranam. O, istəyirdi ki, qızını din xadimi övladına layiq tərzdə, yüksək səviyyədə yetişdirib təhsil versin və xalq üçün yararlı övlad etsin. Həmişə övladları ilə fəxr edirdi”.

Hacı Surxay Məmmədli qeyd edib ki, mərhumun hansı xəstəxanaya müraciət etməsi ilə bağlı hələlik bir informasiya yoxdur: “Uşaqlar mənə dedi ki, halı dəyişib, özəl xəstəxanalardan birinə gedib, amma hansı olduğunu bilmirəm. Hər halda Hacı Şahin hansı xəstəxanaya getsəydi orada ona yaxşı baxacaqdılar”.

O, Hacı Şahinin sosial şəbəkələrdə müzakirələrə səbəb olan və ölmədən öncə paylaşdığı son şeir parçasına diqqət çəkib.

“Hacı Şahin sanki ölümündən xəbərdar imiş kimi dünən Ramiz Rövşənin ölüm haqqında olan bir şeirindən hissə paylaşıb. Məncə, o, bunu hiss edib”.

Tacxeber.com

Oxşar xəbərlər