Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri – 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.
DİN-dən bildirilib ki, o, avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.
R. İsmayılov Ağcabədi rayonunda dünyaya gəlib və Qalakənd qeydiyyatındadır.
Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.