• 22 Noyabr 2024 18:59

Kılıçdaroğlu amili: Ərdoğan seçkiyə bir sıfır öndə gedir

 

“Altılı masa” Akşənərin dönüşündən sonra Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi: bu seçimin nə qədər uğurlu olması mübahisəlidir, çünki CHP-lilər arasında belə onun qalib gələcəyinə şübhə ilə yanaşanlar, Mansur Yavaş və ya Əkrəm İmamoğlunu gələcək lider olaraq görənlər var; Akşənərin Yavaş və İmamoğlu şərti ilə masaya qayıtması da əslində Kamalın bir lider kimi nüfuzuna zərər vuran amildir;

Ərdoğan iqtisadi problemlər, zəlzələ və uzun müddət hakimiyyətdə olma ilə nə qədər “qan itirsə” də Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəif görünür, daha doğrusu, mövcud şəraitin hakimiyyətə gəlmək imkanı yaratmasına baxmayaraq, Kılıçdaroğlunun namizədliyi müxalifətin şansını azaldır.

Tacxeber.com

Oxşar xəbərlər