• 22 Noyabr 2024 23:36

Bakı mənə bu tələbi çatdırdı, imtina etdim – Araik

 

24 fevralda Azərbaycan nümayəndələri ilə rus sülhməramlıların iştirakı ilə ilk görüş keçirildi. Sonra 1 martda ikinci görüş üçün razılığa gəlindi. Görüşdə “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edirdi.

Bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət sahəsində fəaliyyətləri davam etdirməyə çalışan separatçı-terrorçuların lideri Araik Arutyunyan “təhlükəsizlik şurasının” iclasında deyib.

O bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb – Laçın dəhlizinin tam açılması, Ermənistandan Qarabağa elektrik enerjisi nəqlinin bərpası, fasiləsiz qaz təminatı və “Dəmirli” və “Qızılbulaq” mədənində fəaliyyətin bərpası:

“İkinci görüşün gedişatında Azərbaycan nümayəndələri “inteqrasiya” sözündən istifadə edərək, siyasi məsələləri müzakirə etmək istəyiblər. Ancaq Şahramanyan deyib ki, o, bu məsələni müzakirə etmək səlahiyyətinə malik deyil və bugünkü görüşün məqsədi də ayrıdır.

Bundan sonra Azərbaycan öz kanalları vasitəsilə mənə çatdırdı ki, ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da problemləriniz həll olunmayacaq, əksinə, daha sərt və kəskin addımlar atılacaq”.

O deyib ki, biz bu tələbi qəbul etmədik və qəbul etməyəcəyik, özünüidarəetmədən də heç vaxt vaz keçməyəcəyik.

Buna baxmayaraq, Arutyunyan erməni icmasında inteqrasiya tərəfdarlarının olduğunu etiraf edib:

“Bizim iki seçimimiz var: ya mübarizəni davam etdirmək, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman insanlar öz vətəndaş hüquqları çərçivəsində sözlərini deyə bilərlər ki, bizim seçdiyimiz yol səhvdir və yeni “hökumət” qurarlar. Amma nə qədər ki, biz mübarizə yolunu seçmişik, ilk növbədə qərarımıza hörmətlə yanaşmanızı və bu kimi hallara reaksiya verməməyinizi, buna daxili siyasi çalarlar qatmamağınızı xahiş edirəm”. (Yenisabah)

Tacxzeber.com

Oxşar xəbərlər