“Çoxları yazır ki, bəs o Bəxtiyarla yazışan qızların adlarını, fotolarını yaymaq düzgün deyil. Onların da gələcəyi var, ata-ana, qohum-əqrəba və.s Mənsə əksini deyərdim. Bu qızları sonuna qədər araşdırmaq, axıracan ifşa etmək lazımdır”.
Tacxeber.com-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.
O, bunun səbəbini açıqlayıb: “Bir anlığa təsəvvür edin ki, bir ailə var: ata qeyrətli, ana namuslu. Bunların da gözlərinin ağı-qarası, təhsilli-tərbiyəli bir oğulları. Və bunlarda toy edib oğlanlarının bəyəndiyi göyçək bir qızı özlərinə gəlin edirlər. Toydan 3 gün (3 il) sonra həmin fotolar, yazışmalar üzə çıxır. Nə baş verəcək? Ata infarkt, ana dəlixanaya, oğul həbsxanaya. Övladları olarsa, yetimxanaya. Bəxtiyarın bir sözüylə fotosunu çəkən, bir kəlməsiylə onu evinə buraxan qadınlara heç nə olmayacaq. Ona görə də bu cür şəxsləri düşünməkdənsə, haradasa bir qeyrətli oğulun taleyindən narahat olun”.