Ali Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq.
70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur.
Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.