• 23 Noyabr 2024 04:49

Samirə Bağırova: “Sürücülər avtomobillərdə burun, qulaq təmizləyirlər”

Samirə Bağırova: “Sürücülər avtomobillərdə burun, qulaq təmizləyirlər”

 

“Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi – “bəy” deməyəcəyəm, bəzi insanlar “bəy”, “xanım”, “ağsaqqal”, “ağbirçək” sözlərinə layiq deyillər – boğazını arıtlayıb tüpürdü yerə. Guya işini gizlədirmiş kimi ayaqqabısı ilə də sildi… Üzrlü sayın, bilirəm, çox iyrəncdir. Çöldə yaşlı nümayəndələrinin burun təmizləmələrinə də rast gəlirik. Yaxınlaşdım ona, dedim, a kişi, sən nə edirsən? Şəhərin içində, ictimai yerdə bu nə iyrənclikdir? Dedi, bağışla. Nəyi, hansınızı bağışlayım? Tək mən deyil, biz məcburuq sizin murdar hərəkətlərinizi görməyə?”

Tacxeber.com Pravda.az-ya istinadla xəbər verir ki, bunu psixoloq Samirə Bağırova bildirib.

O deyib: “Liftdəki murdarlıqlar, mağazada növbə mədəniyyətinin olmaması… Taksilər külqabı iyi verir, sürücülər avtomobillərdə elə bilirlər, kimsə onları görmür, saatlarla burun, qulaq təmizləyirlər, sonra da gedib kiməsə “salam” verirlər, kiminsə uşağının başını tumarlayırlar.

“Tarqovi”da tumu çırtlayırlar, yerə tökürlər, “onsuz da yığışdıracaqlar” deyə düşünürlər. Hansınıza dözək? Sonra da deyirlər, indiki gənclər elə, belə… Məclislərdə gəyirmələriniz, efirlərdə, radiolarda qışqıra-qışqıra danışmağınız, dinləmə mədəniyyətinizin olmaması… Başa düşürəm, hamı təmizkar ola bilməz, amma hamı mədəni olmağa məcburdur. Şəhərdə yaşayırsınızsa, şəhər mədəniyyətinə uyğunlaşmalısınız”.

Tacxeber.com

Oxşar xəbərlər