• 22 Noyabr 2024 20:40

Çoxları bu çərəz növünü ancaq xonçalarda görüb -Bilmədiyiniz faydaları

 

 

VİTAMİN VƏ MİNERAL  ANBARI KAJU FISTIĞI

Tərkibinin zənginliyi ilə seçilən kaju fıstığında C, E, K və B6, B12 vitamini  var. Maqnezium, dəmir, natrium və kalium kimi minerallarla zəngin kaju fıstığı xüsusilə mislə zəngin olması ilə tanınır.

 TurpKimi.com bu çərəz növünün faydalarını təqdim edir:

GÜMRAH OLUN

Kajunu səhərlər az miqdarda  yedikdə  adama enerji verir və gün ərzində gümrah olmağınızı təmin edir. Ruh sağlamlığına da yaxşı təsir edən kaju depressiyayla mübarizə aparır.

XƏRÇƏNGİN DÜŞMƏNİ

Kajunun faydaları arasında bəlkə də ən əhəmiyyətlisi xərçəngə qarşı qoruyucu qalxan olmasıdır.  İçərisində böyük miqdarda mis olan kaju bu xüsusiyyəti sayəsində başda kolon xərçəngi olmaqla bir çox xərçəng növünə qarşı orqanizmin qalxanı rolunu oynayır.

ÜRƏK DOSTU

Faydalı yağlara malik kaju ürək dostu olduğu kimi qan təzyiqini də tarazlıyır. Ancaq duzlu kaju yeyərkən diqqətli olmaq lazımdır.

ARIQLAMAĞA  KÖMƏK EDİR

Çərəzin bu  xüsusiyyəti  sizə təəccüblü gələ bilər,  amma sağlam yağlar arıqlamağa kömək edir və kajunun yağları da sağlam yağlar qrupuna aiddir.  Ölçülü istehlak edildikdə kaju metabolizm üçün katalizator rolunu oynayır  və arıqlamağa  kömək edir.

SAÇ SAĞLAMLIĞI ÜÇÜN

 Kajunun içindəki minerallar, xüsusən də mis saç tökülməsinə çox yaxşı təsir edir. Sağlam saçlar üçün də  kaju istehlak etməlisiniz.

EVDƏ ÖZÜNÜZ HAZIRLAYIN

Evdə fıstıq əzməsini hazırlamaq istəyirsinizsə, kaju fıstığı da istifadə edə bilərsiz. İstədiyiniz miqdarda kajuyu az miqdarda zeytun yağı ilə birlikdə mətbəx robotundan keçirin və içinə bir qaşıq bal və ya doşab əlavə edib, çörəyin üzərinə sürtüb servis edin.

Tacxeber.com

Oxşar xəbərlər