• 23 Noyabr 2024 04:11

“Qadınlar da, kişilər də azadlıqdan sui-istifadə edib, hər şey edirlər” – Seyran Səxavət

 

“Ümumiyyətlə son vaxtlar qadın azadlığı deyilən bir termin işlədirlər. Əslində, elə bir şey yoxdur. Qadın azadlığı, uşaq azadlığı, gəlin azadlığı, qaynana azadlığı deyilən bir şey yoxdur”.

Bunu Faktmedia.az-a yazıçı Seyran Səxavət feministlərin “qadınlarımız azad deyil” fikirlərinə münasibət bildirərkən deyib. Yazıçı bildirib ki, bunlar hamısı mənasızdır:

“İnsan var və onun azadlığı var. İstər kişi, istərsə də qadın həddində azad olmalıdır. Azadlıq pərdəsi altında min oyundan çıxmaq, evə gec gəlmək, evə gəlməmək təbii ki, kişilərdən söhbət gedir. Hər şey həddində olanda gözəl olur. Mən tövsiyə etmirəm, arzumu deyirəm qadınlara. Mənim də anam olub, bacılarım var, qadın qohumların var. Üzümü onlara tutub deyirəm, Azərbaycanın belə bir el məsəli var “Qızım, sənə deyirəm, gəlinim, sən eşit!”.

Seyran Səxavət qadınlara çağırış da edib: “Mən öz nəslimdəki qadınlara üzümü tutub deyirəm ki, bu gender bərabərliyi və bu kimi başqa şeylərə uymayın. Qadın səhər tezdən işə gedib, axşam evə qayıdandan sonra da bişirmək, yumaq, yığışdırmaq, ərə qulluq və s. işləri görür. Bu qadınların özlərinin özlərinə yazıqları gəlmir? Bunlar başa düşmurlər ki, gender bərabərliyini kimsə atıb ortalığa ki, qadın əməyini istismar etsin. Bu gender çıxandan boşanmalar da artdı. Qadınlar da, kişilər də azadlıqdan sui-istifadə edib, hər şey edirlər. Hər şey həddində çox gözəldir, çox faydalıdır, yaxşı mənada əlçatmazdır”.

Tacxeber.com

Oxşar xəbərlər