• 23 Noyabr 2024 05:44

“Bu ədalətsizliyi edib insanların üzünə necə baxırlar, anlamıram” – VİDEO

 

Xəbər verdiyimiz kimi, bir müddət öncə tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə vermişdi. Tərəflər arasındakı problem müqavilə öhdəlikləri ilə bağlı yaşanmışdı.

Tacxeber.com xəbər verir ki, məhkəmə ötən gün başa çatıb. Hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə Müşviq Şahverdiyev təqsirli bilinib.

Bu haqda aktyor özü sosial məlumat yayıb: “Məhkəmə sona çatdı. Bakı Kommersiya Məhkəməsinə sənədlər, sübutlar, yazışmalar, səsli mesajlar təqdim etsək də, məhkəmə ədalətsiz, haqsız qərar verdi. Onların yalan sübutu qəbul olundu. Guya film çəkiblər, gedib çəkilməmişəm və sairə. Çox utandım, çox utancverici şeylər edildi. Bu ədalətsizliyi edib insanların üzünə necə baxırlar, anlamıram”.

Müşviq Şahverdiyev “Cinemazadeh”in rəhbəri Cəfər Axundzadəyə müraciət edib: “Bununla heç nə bitmir. Qarşıda apellyasiya məhkəməsi var, görüşəcəyik. Hər şeyi sübut edəcəyəm. Bu, son deyil. Mən ölkəmə və qanunlarına inanıram! İnşaallah, haqlı olduğunuz zaman Ülkər Həsənova kimi hakimlərlə üzləşməzsiniz”.

Qeyd edək ki, şirkət Müşviqlə filmə çəkilməsi üçün müqavilə imzaladığını, aktyorun isə çəkilişlərə gəlmədiyini iddia edib. “Cinemazadeh” aktyordan 90 min manat təzminat tələb edir.

Əlavə edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb. (“Qafqazinfo”)

Oxşar xəbərlər