• 23 Noyabr 2024 00:41

“Diplomlarımız Biləcəridən o yana keçmir“ – Rəşid Mahmudov

“Diplomlarımız Biləcəridən o yana keçmir“ - Rəşid Mahmudov

 

Test üsulununun ləğvi mövzusuna tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov da qoşulub.

Tacxeber.com Moderator-a istinadla xəbər verir ki, o, test üsulunun müsbət yönləri ilə yanaşı, mənfi təsirlərindən də söz açıb:

“Test üsulu ilə qəbul sistemimizinin yaxşı tərəfi rüşvətin aradan qaldırılması, mənfi cəhəti isə uşaqların universitetlərə əzbərçiliklə gəlməsidir. Onlar yazdıqlarını çox vaxt özləri də başa düşə bilmirlər”.

R.Mahmudov daha ciddi problemin  kökünü universitetlərdəki təhsildə görür:

“Bizim diplom Biləcəridən o tərəfə keçmir. Bu problemi aradan qaldırmaq üçün mükəmməl müəllimlər yetşdirmək lazımdır. Müəllimləri işə götürərkən ona bir il vaxt verilməlidir. Məsələn Azərbaycan Tibb Universitetini götürək, bu bir il ərzində həmin müəllimə ürək, qan-damar sistemi, həzm sistemi, mərkəzi sistemi ayrı-ayrı şəkildə  dərs-dərs öyrənilsin.

Bunun üçün xüsusi komissiya ayrılmalıdır. Müəllim tələbəyə necə dərs deyəcəyi ilə bağlı əvvəlcə o komissiya qarşısında hesabat versin. Bütün komissiya  qol çəkdikdən sonra müəllim dərsə buraxıla bilər. Müəllim üçün nə dossent, nə kafedra müdürü, nə professor və s. heç bir vəzifə lazım deyil. Bizə öz sənətini mükəmməl bilən müəllim lazımdır.

Belə müəllimlərdən sonra universitetlərin səviyyəsi qalxacaq. Çünki bugnünü tələbələri universitetlərə rüşvətsiz daxil olublar.

Tələbələr yüksək balla universitetə gəlir, amma  burada zəif müəllimlə qarşılaşırlar. Bu, bütün universitetlər üçün keçərlidir. Tarix müəllimi tarixi, riyaziyyat müəllimi riyaziyyatı, coğrafiya müəllimi coğrafiyanı yaxşı bilmir”.

Müəllim, ilk olaraq, öz sənətini bilsin daha sonra, dossent akademik professor və s. ola bilər. bundan sonra biz tamamilə mükəmməl keyfiyətli kadr hazırlaya, dünyaya  çıxan alimlər yetişdirə bilərik. Mən bundan əminəm”.

Tacxeber.com

Oxşar xəbərlər