Sarımsaq qabığından istifadə yolları…
Həm çiy, həm də bişmiş şəkildə yeməklərin ləzzətini artıran, infeksiyalara qarşı dərman qədər təsirli olan sarımsaq, adətən soyulub yeyilir.
Tacxeber.com bildirir ki, sarımsağın qabıq və sapları gəncliyimizə gənclik qatacaq qədər güclü antioksidant xüsusiyyətə malikdir.
Mütəxəssislər qeyd edir ki, sarımsağın qabıqlarında ürəyi qoruyan və yaşlanma ilə mübarizə aparan başda iltihab əleyhinə fenilpropanoid antioksidantlar olmaqla 6 müxtəlif antioksidant tərkib var.
Sarımsağın qabığında bol miqdarda olan quercetin (kuersetin-bir çox bitkinin qabıqlarında olan kimyəvi piqment) yaşlanmaya, incə xətlərə və dəri toxumasının yaxşılaşmasına tövhə verərək iltihab və sərbəst radikallarla mübarizə aparmağa kömək edir.
Sarımsaq qabığından istifadə yolları:
Sarımsağın qabığından çay dəmləyə bilərsiniz;
Bitki çaylarına bir qədər əlavə edə bilərsiniz;
Sarımsaq qabıqlarını qaynadıb süzdüyünüz suyunu sulu yeməklərdə istifadə edə bilərsiniz;
Qurudulmuş qabıqlarını toz şəklinə gətirib istifadə etmək olar.