• 23 Noyabr 2024 00:01

“Kılıcdaroğlu ABŞ-ın layihəsidir, əgər o seçilsə…”

“Kılıcdaroğlu ABŞ-ın layihəsidir, əgər o seçilsə...”

Türkiyədə mayın 14-də keçirilməsi gözlənilən Prezident seçkiləri Azərbaycanda da böyük maraq və həyəcanla izlənilir. Ölkəmizdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanı və onun əsas rəqibi Kamal Kılıcdaroğlunu dəstəkləyənlər  var. Hətta sosial şəbəkələrdə hər iki şəxsin fərqi barədə geniş izahatlar verilir.

Bəzi azərbaycanlılar iddia edir ki, Ərdoğan hakimiyyətdə qalmasa, Türkiyənin ənənəvi dəstəyindən məhrum olacağıq. Ancaq fərqli düşünənlər isə bildirir ki, Türkiyə tarixin bütün məqamlarında Azərbaycanın yanında olub.

AVP sədri, millət vəkili Fəzail Ağamalı Gununsesi.info-ya açıqlamasında qardaş ölkədəki durumdan danışıb.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanla Türkiyə iki qardaş dövlətdir: “Ancaq Türkiyə Ərdoğanın hakimiyyəti dövründə olduğundan bizə daha yaxın olmayıb. Yəqin ki, xatırlayarsınız, Kəlbəcər işğal olunan zaman Elçibəy mülki əhalini köçürmək üçün Dəmirəldən helikopter istəmişdi, amma bunu vermədilər. Tarixdə belə məqamlar da olub.

Məşhur “Surix protoklu”məsələsində də bir xəyal qırıqlığı yaşadıq. O zaman hər iki ölkənin ictimi-siyasi elitası, sadə xalqı buna qarşı çıxdı. Ərdoğan Bakıya gəldi və parlamentdə söz verdi ki, Azərbaycan torpaqları azad edilməyənədək heç bir sərhəd açılışından söhbət gedə bilməz.

Sonradan yeni dövr başlandı. Bu prosesi isə İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti istiqamətləndirdi.

Məhz bu dövrdən sonra Ərdoğan ərəb dünyasından daha çox türk dünyasına kökləndi.

İlham Əliyevin müdrik gələcəyə həfədlənmiş Türk Dövətlər Şurasının yaradılması təşəbbüsü və sonrakı  proseslər Türkiyəni bizə daha da yaxınlaşdırdı”.

Fəzail Ağamalının sözlərinə görə, Azərbaycanın Ermənistanla son müharibədə Rusiyanın ciddi maneçiliyi ilə üzləşməməsinin səbəbi Türkiyə olub: “Ərdoğan Putinə açıq söylədi ki, əgər Ermənistanın yanında dayanaqsansa, biz də Azərbaycanla bərabər bu müharibədəyik. Onda Rusiya geri çəkildi. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı üçün Ərdoğanın bu seçkini qazanması daha məqbuldur.

Kamal Kılıcdaroğlu ABŞ-ın layihəsdir. Əgər o seçilsə, Türkiyənin də müstəqilliyi təhlükə altına düşər. Biz də qanunların imkan verdiyi çərçivədə Ərdoğanın seçilməsi üçün əlimizdən gələni etməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər