• 23 Noyabr 2024 07:19

“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel Ələkbərova

 

Müğənni Günel Ələkbərova TikTok-dakı fəaliyyətindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi “Şou-xəbər”ə açıqlamasında sözügedən sosial şəbəkədə pul xatirinə oturduğunu deyib:

“Maddi marağım olmasa, TikTok-da oturmaram. Digər məşhurlar da mənim kimi… Bəziləri yalandan deyir ki, elə-belə ordayam. Hətta çoxu TikTok-da oturana pis baxırdı. İndi özləri oturur, pul da qazanırlar. Əvvəl qazancımı dedim, gözə gəldim. Amma qazanıram”.

Xeyli çəki alan Günel onu türkiyəli müğənni Bülənt Ərsoya oxşadan jurnalistə “Nə edim, belə şirinəm. Arıq qızlar üçün ürəyim gedir. Amma arıq nəyə lazımdır, qadın dediyin ətli, budlu olmalıdır. Olsun, Bülənt divadır. Amma görün məni kimə oxşadırsınız… Elə anam demirəm, amma istəyərdim elə atam olsun. Doğrudan deyirəm” cavabını verib.

Tacxeber.com

Oxşar xəbərlər