• 23 Noyabr 2024 03:43

“Sadist müdirlərə, ağır iş rejiminə, qəpik-quruş maaşa dözərək…” – Turan İbrahimov üsyan etdi

“Sadist müdirlərə, ağır iş rejiminə, qəpik-quruş maaşa dözərək...”  - Turan İbrahimov üsyan etdi

 

“Mən jurnalistlər tanıyıram ki, sadist müdirlərinə, ağır iş rejiminə, qəpik- quruş maaşlarına dözərək illərlə eyni media orqanında işləyiblər. Ona görə dözüblər ki, ümid ediblər, o xəyalla yaşayıblar ki, bir gün Cənab Prezidentin tikdirdiyi məlum binalardan onlara ev veriləcək”. 

Tacxeber.com xəbər verir ki, bunu sosial şəbəkədə jurnalist Turan İbrahimov deyib. O, bildirib ki, üstəlik bəzi sadist, empatiya hissindən məhrum rəhbərlər bunu gözəl bildikləri üçün, o ümidli gözləntini mümkün olan ən alçaq formada istismar ediblər:

“Həmin çarəsiz həmkarlarımızı “adını siyahıya saldıracam deyib” ovuclarının içində saxlayıblar. Niyə? Çünki bu ölkədə sıravi jurnalistlər öz halal maaşları ilə ev sahibi ola bilmirlər, mümkün deyil.

Məhz bunun üçün də məlum binalar tikilmədimi?

Məsələnin başqa tərəfləri sözümün canı deyil. Onsuz da o məlum tərəflərdən çox danışılıb.

Mənim dediyim odur ki, hələ də sahiblərinə paylanmamış, sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdı. Heç olmasa bu dəfə və son dəfə əsl imkansız jurnalistlərə həm də.

Əgər doğrudan da o binadakı evlər dediyim jurnalistlərə yox, başqa ehtiyaclı şəxslərə paylanacaqsa bu ən böyük ədalətsizliklərdən biri olacaq. Nə Allaha xoş gedəcək, nə də bəndəyə. Və bunun babalı bu işə səbəb olanların boynunda qalacaq. Bir gün ya elə, ya da belə qarşılarına çıxacaq”.

Tacxeber.com

Oxşar xəbərlər