• 23 Noyabr 2024 07:34

“Deyir ki, mən saxta araq satmaram, Hacı adamam…” – Həcc ziyarəti niyə bahalaşdı?

“Deyir ki, mən saxta araq satmaram, Hacı adamam...” – Həcc ziyarəti niyə bahalaşdı?

 

İlahiyyatçı Elşad Miri Həcc ziyarətinin qiymətinin 10 min manat olmasına münasibət bildirib.

Tacxeber.com xəbər verir ki, o qiymətlərin bu qədər baha olmasının doğru olmadığını qeyd edib. E. Miri bildirib ki, həmin 10 min manatla Azərbaycanda 4-5 tələbənin illik təhsil haqqını ödəmək olar ki, bu, daha faydalıdır.

İlahiyyatçı deyib ki, bu gün həcc ziyarəti zamanı həyata keçirilən ritualların əksərinin islamla, “Qurani Kərim”lə əlaqəsi yoxdur.

“İndi Həcc ziyarətinə bir çox hallarda turistik məqsədlə edilir. Oradan qayıdandan sonra özlərinə Hacıxanım, Hacı dedizdirirlər. Sanki süddən çıxmış ağ qaşıqdırlar. Hətta bəziləri deyir ki, mən saxta araq satmaram, Hacı adamam…  Yəni bir çoxları bu 10-12 min manatı ona görə xərcləyir ki, ona Hacı desinlər, “Hacı burdan oturma, ordan otur” desinlər və yaxud bu gün Hacı sponsorların olduğuna şahidik. Təəssüflər olsun ki, belə bir ziyarətin islamı bir tərəfi yoxdur…”

Ətraflı videoda izləyə bilərsiniz:

Tacxeber.com

Oxşar xəbərlər