• 22 Noyabr 2024 23:20

Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”

Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”

“Hvason-17” qitələrarası ballistik raketinin buraxılışından sonra Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In nüvə silahına nüvə silahı ilə cavab verəcəyini bildirib. 

“Report” xəbər verir ki, bu barədə “Koreya səsi” radiostansiyası məlumat yayıb.

KXDR lideri vurğulayıb ki, silahlı münaqişələrə və istənilən formada müharibəyə tam hazır olmaq üçün Strateji Silahlı Qüvvələrin çevik reaksiyaya hazırlığı ciddi şəkildə qorunmalıdır.

“Kim Çen In sərt bəyanatı bir daha xatırladıb. Nüvə silahlarına nüvə silahı ilə cavab veriləcək”.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hvason-17” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.

Tacxeber.com

Oxşar xəbərlər