“Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. “Telegram”da, bəzi kurslarda qanunsuz çağırışlar edilir”, – DİM sədri bildirib.
Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: “Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır”.