• 22 Noyabr 2024 23:17

“Tutaq ki, pozğun qadındır, niyə şəkillərini çəkib onu şantaj edirsən?!”

“Tutaq ki, pozğun qadındır, niyə şəkillərini çəkib onu şantaj edirsən?!”

 

“Mən və əqidə yoldaşlarım yüz dəfə söylədik ki, Bəxtiyar Hacıyevi buraxın, ondan “qəhrəman” düzəltməyin, qoyun çıxıb getsin. Çünki qurama bir işlə onu həbs etmisiniz. Hətta prezidentə məktub göndərmişik ki, onu azad edin”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, hazırda həbsdə olan siyasi aktivist Bəxtiyar Hacıyevi müdafiə etməməyinin səbəblərindən, habelə müxalif düşərgədə ona qarşı təzyiqlərdən söz açıb.

“Amma Bəxtiyarın o xanımlarla olan şəkilləri vəziyyəti dəyişdirdi. Mən həmin şəkilləri görəndə çox qəzəbləndim. Sən hüquq müdafiəçisisənsə, lap pis, pozğun bir qadın da olsa, onun haqqında niyə dosye yığıb, şəkillərini çəkib onu şantaj edirsən?! Hansı hüquq müdafiəçisi belə şey edər?! Ona görə dedim ki, gedin, siz müdafiə edin onu, mən etmirəm”.

“Başa düşmürəm, mən müdafiə etməyəndə nə olur? Mən bir hüquq müdafiəçisi kimi, əgər onu içəridə döysələr, onun haqlarını müdafiə edəcəyim ki, buna ixtiyarları yoxdur. Amma bu gün onun hərəkətlərini bir qram da müdafiə etmirəm. İxtiyarım var, ya yox?!”, – əlavə edib.

“Mənim üstümə o qədər ləkə atıblar ki, o qədər təzyiqlər görmüşəm ki, heç vecimə də deyil. İstəyirəm ki, bu cəmiyyət fərqli fikrə hörmət etsin. Hamının bir fikri ola bilməz. Nədir-nədir söyləmişəm ki, Prezidentin xarici siyasəti xoşuma gəlir. Bunun üstündə onlar mənə etiraz edirlər, bunların dərdi budur. İstəyirəm ki, ayrı fikirlər olsun, millət düşünməyi bacarsın, yaxşıya yaxşı, pisə pis desin”, – müsahibimiz səbəbləri aydınlaşdırıb.

“Mən çox azad adamam deyə, heç kəsin sözü mənə təsir etmir. Mən könlütox insanam. Məni qınayanların da canı sağ olsun, qoy, desinlər. Milyonlarla adam da mənə zəng vurub məni dəstəklədiklərini söyləyir. Bu da var, axı… Görünür ki, kütlə onları yox, məni dəstəkləyir”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər