Bəxtiyar Hacıyev Prezident İlham Əliyevdən kömək istədi – FOTO Gündəm Siyasət 18 Mart 2023 22:27 183 Sosial şəbəkədə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin imzası ilə ölkə başçısı İlham Əliyevə ünvanlanan müraciət dərc edilib. “Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm” – deyə, müraciətdə bildirilib. Bəxtiyar Hacıyevin vəkillərindən biri “Basta”nın sualına cavab olaraq müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib. Ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb. Tacxeber.com