• 23 Noyabr 2024 05:31

Niyam Aynur barədə: “Əfi ilan saxlayırmışam”

 

Müğənnilər Niyam Salami ilə Aynur Dadaşova arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb Aynurun restoran açması olub. “Zaurla Günaydın” verilişinə qonaq olan Niyam ad çəkmədən keçmiş dostunun ünvanına sərt sözlər deyib:

“Danışmaq istəmirəm, reklam olar. Hər zaman dostun yanında olmuşam. O da onu istəyir ki, mən danışım. Hər şeyimin eynisini edib. Əfi ilan saxlayırmışam. Ana olmayan xanımlardan ehtiyat etmişəm. Çünki uşaqlıqdan qızlara şeytan deyə-deyə, böyüyürlər və əsl şeytan olurlar. Qız ərə gedib, ana olandan sonra qarşısında baş əymişəm. Ana söhbəti gələndə, başqadır”.

Tacxeber.com

Oxşar xəbərlər