Aparıcı Elgiz Əkbər depressiyaya düşdüyünü açıqlayıb.
Tacxeber.com xəbər verir ki, o, bu haqda “Elgizlə izlə” verilişində danışıb. Elgiz bildirib ki, buna səbəb artıq çəki alması olub:
“3 kiloqram çəki almışam, az qala depressiyaya düşmüşəm. Paxlava məni kökəldib. Görürəm dayana bilmirəm. Stolun başına keçirəm, deyirəm 1 dənədən heç nə olmaz. Bir saat keçir, yenə istəyirəm. Öləndən sonra deməsinlər ki, ac getdi”.