• 23 Noyabr 2024 04:12

Papaqatma ənənəsini tənqid etdilər – “Babalarımızın qeyrəti papaqdır”

 

Əməkdar artist Mətanət İsgəndərli və qiraətçi Pünhan İsmayıl “Səhər mərkəzi” verilişində qonaq olub.

Tacxeber.com xəbər verir ki, ifaçılar Novruz bayramında papaq atmaq ənənəsini müzakirə ediblər. P.İsmayıl bu ənənəyə qarşı çıxdığını deyib:

“Köhnə kişilər papağı başına qoyur. Babalarımızın qeyrəti papaqdır. Onu necə yerə atırlar? Hansı cəsarətlə bunu yerə atırlar”.

M.İsgəndərli isə buna etiraz edərək “O qədər deyəcəyik, sonra onu da etməyəcəklər. Bir ənənəmiz odur ki, hələ də qalıb. Uşaqlarımız bununla sevinir. Uşaq atır, ağlı da kəsmir. İnsan hər şeyə bir irad tapır” sözlərini deyib.

Aparıcı Tural Əsədov isə Pünhan İsmayılın sözlərini təsdiqləyərək “Uşaqlar anlamır, amma bizim əlimizdə imkan var ki, onları öyrədək” sözlərini əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər