Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Qarabağda hərbi yüklərin qanunsuz daşınmasına münasibət bildirib.
Tacxeber.com xəbərt verir ki, diplomat bu barədə özünün “Twitter” hesabında paylaşım edib:
“Erməni separatçıları tərəfindən Xankəndidə hərbi yüklərin qanunsuz qaçaqmalçılığı ilə bağlı daha bir fakt. Bütün günü Laçın-Xankəndi yolunda keçirilən dinc ekoaksiyaya münasibət bildirən xarici nümayəndələr niyə bu qanunsuzluğa susurlar? Hərəkət etmək vaxtıdır!”, – deyə diplomat qeyd edib.
O, hərbi yüklərin qanunsuz daşınması ilə bağlı görüntülər də paylaşıb.