• 22 Noyabr 2024 19:43

Hacı Qalib: “Əmimin 6 arvadı var idi, xəbər tutdu ki, arvadın biri ərə gedib…”

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadənin altı arvadı olan ərəbə qızıl mədənlərinə sahib olduğunu biləndən sonra “sən lap arvadı az almısan ki…” deməsi müzakirəyə səbəb olub. Qalib Salahzadə çoxarvadlılığın tərəfdarı olmasına görə tənqid edilir.

Q.Salahzadə Pravda.az-açıqlamasında məsələyə aydınlıq gətirib.

“Peyğəmbərimiz deməyib ki, dörd arvad al. Deyib ki, dörd arvad ala bilərsən. Bəzi kişilər heç bir arvadı saxlaya bilmir, ona necə deyəsən ki, dörd arvad al, saxla? Elə şeylər var, Peyğəmbərimiz buyurub, amma bilməmişik ki, nə deyir. Deyirlər “sözdür, deyir də…” Belə deyil. Arvadla kişi həmyaşıd olanda kişi çox vaxt arvada nisbətən cavan qalır. Belə olanda arvad kişinin əl-ayağını yuya, ona lazımi dərəcədə diqqət göstərə bilmir. Buna görə də Peyğəmbərimiz məsləhət bilib ki, imkanın varsa, arvadların hamısını eyni gözlə görə bilirsənsə, lap dörd arvad al. Yəni şəriət buna icazə verir. Mən özümdən Amerika kəşf etmirəm axı.Deyə bilmərəm ki, belə şey olar, ya olmaz. Peyğəmbər necə deyibsə, müsəlman özünü o cür idarə etməlidir. Peyğəmbər deməyib ki, məcburi surətdə dörd arvad al. Mən hardan bilərdim ki, ərəblərdə belə qanun var – böyük arvaddan icazə alıb, yanında iki arvad da saxlaya bilərsən. Vallah, heç yadımdan çıxmır, arvadlar elə gözəl idilər ki… Hamısı da şokolad rəngində idi. Məəttəl qaldım ki, elə gözəl arvadlar o kişidə nə görüblər, başına fırlanırlar… Əvvəl elə bildim ki, həmin ərəb kişi qadınların nökəridir. Rəhmətə gedən əmim var, mənimlə həmyaşıd idi. Altı arvadı var idi. Arvadın birinin rəsmi nikahı yox idi, amma molladan kəbini var idi. Əmim altı ay sonra xəbər tutdu ki, arvadın biri ərə gedib… Belə arvad saxlamağa nə var ki? Axı şəriət bu cür buyurmayıb…”, – Qalib Salahzadə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər