• 23 Noyabr 2024 03:59

Klinika Saakaşvilini saxlamaq istəmir – Çünki…

 

Saakaşvilinin müalicə olunduğu klinika onun bundan sonra müəssisədə qalmasından imtina etmək istəyir.

Tacxeber.com “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin bir neçə ay əvvəl müalicə olunmaq üçün köçürüldüyü “Vivamed” klinikasından onun müalicəsinin bundan sonrakı mərhələsinin həmin müəssisədə davam etdirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Bununla bağlı penitensiar xidmətə müraciət ediləcək.

“Ötən ilin oktyabr ayından etibarən xəstə təklif olunan müalicə kursundan imtina edir”, – klinikadan məlumat verilib.

Saakaşvilinin vəkili “Vivamed”-in bəyanatını şərh edərkən bildirib ki, eks-prezident həbsxanaya qaytarılarsa, bu, “onun vəziyyətində ölüm hökmü” olacaq.

Saakaşvilinin ailəsi bu həftənin əvvəlində onun çəkisinin 62 kq-a düşdüyünü, bunun isə boyu ilə (195 sm) uyğun gəlmədiyini bildirib.

Müxalif “Mtavari” telekanalı bildirib ki, eks-prezidentin ailəsi hələ də polşalı həkimlərin onu müayinə edəcəyinə ümidlidir. Aİ-dəki diplomatik mənbələrdən daxil olan qeyri-rəsmi məlumata görə, səfərin tarixi hələ müəyyən edilməsə də, Tiflis buna artıq razılaşıb.

Mehti Kamiloğlu

Tacxeber.com

Oxşar xəbərlər