• 23 Noyabr 2024 07:28

DİQQƏT! Smartfonu bu cür şarj etməyin

 

Mütəxəssislər smartfonu evə qayıtdıqdan dərhal sonra enerji ilə doldurulmamasının səbəbini açıqlayıblar.

Tacxeber.com lent.az-a istinadən bildirir ki, bir çoxları evə gələn kimi smartfonu şarj edir.

Şarj cihazından istifadə edərkən diqqətli olmaq lazımdır. Aşağı və yüksək temperatur smartfona mənfi təsir göstərir. Buna görə də smartfon uzun müddət soyuqda və ya günəş şüası altda qallarsa, onu şarj etmək olmaz.

Evə gəldikdən ən azı yarım saat sonra smartfon şarj edilməlidir. Əks halda, smartfonun batareyasında müəyyən problemlər yarana bilər.

Qeyd edək ki, smartfonu ən azı 10 dərəcə, maksimum isə 30 dərəcə istilikdə şarj etmək lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər