Katolik xristianların ruhani lideri Papa Fransiskin Vatikanda geyindiyi iddia edilən gödəkçə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Roma Papasının gödəkçəsinin “Midjourney AI” adlı süni intellektlə dəstəklənən proqramla yaradıldığı üzə çıxıb.
Belə ki, Papanın qalmaqallı gödəkçəsinin olduğu fotoya diqqətlə baxanda onun sağ əlinin yoxa çıxması bunu sübut edir.
“Bellingcat”ın qurucusu Eliot Hiqqins deyir ki, süni intellektlə yaradılan təsvirin diqqət mərkəzində olmayan şəkillər çox vaxt daha bulanıq ola bilər. Fokusda olan şəxs və ya obyektin daha ətraflı təsvir edildiyini ifadə edən Hiqqins digər hissələrin daha az detal ehtiva edə biləcəyini ifadə edib:
“Papa Fransisin ağ kürk geyindiyini göstərən görüntü süni intellektlə dəstəklənən tətbiqlə yaradılıb. Təsvir ətraflı araşdırıldığında bəzi təhriflər nəzərə çarpır. Sözügedən görüntü süni intellektin vizual hazırlıq proqramı olan “Midjourney AI” ilə hazırlanıb”,-deyə o söyləyib.