• 23 Noyabr 2024 07:41

Osman Kazımov Gültəkin Hacıbəyliyə cavab verdi: “Qoz-fındıqsız qalarsınız…”

Osman Kazımov Gültəkin Hacıbəyliyə cavab verdi: “Qoz-fındıqsız qalarsınız...”

 

“Gültəkin Hacıbəyli yenə mənə papaq atıb. Şakir Məmmıdov adlı cəbhəçi dostumuzun Türkiyə prezidentliyinə namizəd Kamal Qılıncdaroğlu ilə baglı statusuna yazdığı rəydə. Bu xanımla işim yox, adını da belə unutmuşam. Əvvəl fikirləşdim ki, Novruz bayramıdır, qoz fındıq üçün yəqin papaq atıb. Sonra yadıma düşdü ki, Novruzun sonunda papaq atılmır axı”. 

Tacxeber.com xəbər verir ki, bu sözləri Müsavat başqanın müavini, tanınmış vəkil Osman Kazımov özünün facebook hesabında yazıb. Bildirib ki, Hacıbəyli onu hökuməti dəstəkləməkdə, Mehriban Əliyevanı digər məmurlara nümunə göstərməkdə ittiham edib: “Məndən bəhs edərkən Müsavatın müavini yazlb. Başqa müavinlər düşünülməsin deyə yazmaga məcbur oldum. Bəli, o sözü illər öncə mən demişən. Mərhum prezidentimiz Əbülfəz Elçibəyin ömür-gün yoldaşının yas mərasiminin, dəfninin təşkil edilməsində etdiyi köməyə görə Mehriban Əliyeva haqqında statusda qeyd etmişəm. Həm də o statusda xərçəng xəstəliyindən əziyyət çəkən atasını görməyə gələrkən narkotiklə şərlənən Azad Həsənov barəsində yazmışam. İki körpəsi Avropada sahibsiz qalan Azad Həsənov CM-nin 234 4-cü maddəsi ilə-aglr cinayətlə ittiham olunnasına baxmayaraq, azad olunub. Və o Avropada ki, Gültəkin Haclbəyl ən yüksək tribunadan Azərbaycanda syiasi məhbus yoxdur deyib şivən qoparırdı. Bəlkə kimsə Azadın körpələrinə yardım edrdi xəbərmiz olmaylb.  Bu siyasi etik davranış qaydasıdır. Kim başa düşmək istəmirsə, bu onun problemidir. İlham Əliyevi Şuşa və Kəlbəcər azad olanda da təbrik etmişəm. Əli Kərimli də təbrik edib. Həmin vaxt Əli Kərimlinin mövqeyini doğru hesab etmişəm. Necə olur ki, mən təbrik edəndə qəbahət olur, Əli Kərimli təbrik edəndə mədəniyyət olur?”

Osman Kazımov fikrini belə davam etdirib: “Bu hələ hamsl deyil. Gültəkun Hacıbəyli statusa rəydə Türkiyə prezidentliyinə namizəd Kamal Qılıncdaroğlunun erməni əsilli olmagını qabartmaqla onun barəsində mənfi fikir formalaşdırır. Əvvala, seçim qardaş türk xalqlnındır. Qardaş ölkə prezidentliyinə namizədi aşagılamaq cəhdi siyasi mədəniyyətə uyğun deyil. İkincisi, CXP ilə əlaqə qurmaq üçün Seymur Həzini yollarda əsir-yesir etmək nədir, Qılıncdaroğlunu erməni düzəltmək nədir? Səmimi olun. Üçüncüsü, Kamal Qılıncdaroğlunun seçilməməsini ən çox istəyən Azərbaycan hakimiyyəti deyilmi? Necə olur ki, Gültəkin xanımın mövqeyi hakimiyyətin mövqeyi ilə üst-üstə düşür? Deyəsən, torbadakı pişik üzə çlxır.

Papagı vaxtında və yerində atın. Yoxsa qoz-fındıqsız qalarsınız”.

Tacxeber.com

Oxşar xəbərlər