Ötən gecə Bakıda evinin qarşısında silahlı terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafanın Milli Məclisin iclasındakı son çıxışlarından biri diqqət çəkib.
Sui-qəsd cəhdinə uğramış deputat son çıxışlarından birində İranın molla rejimini və bu rejimin havadarlıq etdiyi radikal qrupları sərt tənqid etmişdi.