Azərbaycan ordusunun Laçın rayonunun Cağazur və Zabux kəndləri ərazisində yerləşən bir neçə hakim yüksəklikləri, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürdüyü yerlərdə mövqelərini möhkəmləndirmək istiqamətində mühəndis işləri həyata keçirməkdədir.
Tacxeber.com xəbər verir ki, erməni mediası Azərbaycan ordusunun həmin ərazilərdə mühəndis işləri görməsi ilə bağlı videolar paylaşıb.
Videoda Azərbaycan ordusunun Teq kəndi yaxınlığında həyata keçirdiyi mühəndis işləri həyata keçirildiyi göstərilir.
Erməni zabit Artur Qroqoryan özünün Facebook səhifəsində yazıb: “Videodakı bütün hərbi texnika Azərbaycanındır. Bunlar Teq kəndi yaxınlığındakı nəzarətə götürdükləri yeni ərazilərdir”.