• 23 Noyabr 2024 05:15

Aysel Əlizadə: “Qayınana ilə yaşamaqdan gözəl nə var” – VİDEO

 

Deyirlər ki, hamı öz yarını tapdı, evləndi amma sən qaldın. Yəqin seçim edirsən… Cavab verirəm ki, hər zaman ürəyimin səsinə qulaq asmaq istəyirəm. Məntiqlə ailə qurmaq istəmirəm. Ürəyimdə çırpıntı olsun… Ürəyimin səsi ilə ailə qurmaq istəyirəm. Gözəl görünüşə aldanmaq lazım deyil. Əsas ürəkdən sevdiyin, səni başa düşən və həyatını bölüşə biləcəyin insan olsun. Ən önəmlisi budur.

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “MTV maqazin”ə açıqlamasında deyib. Müğənni hesab edir ki, evlilik qismət məsələsidir:

“Biz nə istəsək də, nə axtarsaq da, kim bizi axtarsa da, nə olursa olsun, insan gec və ya tez qismətində olan şəxslə üz-üzə gəlir və bir-birini tapırlar”.

“Ailə qurandan sonra qayınana ilə yaşayarsan?” sualına isə A.Əlizadə belə cavab verib:

“Qayınana ilə yaşamaqdan gözəl nə ola bilər?! Səni başa düşən, sevən və ana kimi sənə yanaşan bir insandırsa, niyə də onunla birgə yaşamayasan?! Məsələn, hansısa bir işi çatdırmayanda sənin yanında ola bilər, əl tutar. Övladın dünyaya gəlibsə, nənədən və öz doğmandan başqa uşağını başqa bir insana etibar edə bilmərsən. Şəxsən öz övladımı dayəyə etibar etmərəm. Öz doğmam, anam və ya qayınanam baxmalıdır övladıma”.

 

Oxşar xəbərlər