• 22 Noyabr 2024 22:50

Pul tələsi dərmanlar: heç bir işə yaramır

 

Kollagen əlavələrinin faydalı olduğuna dair elmi sübutlar yoxdur.

Tacxeber.com xəbər verir ki, bu barədə Ura.ru-ya məşhur diyetoloq Marina Makişa danışıb.

Onun sözlərinə görə, kollagenin dəriyə faydaları və qocalmanı ləngitməsinə dair aparılan araşdırmalar çox şübhəlidir, çünki onlar kommersiya şirkətləri tərəfindən az sayda insanın məlumatları əsasında aparılıb.

Diyetoloq qeyd edib ki, kollagen orqanizmdə amin turşularına parçalanaraq qana daxil olan zülaldır. Bundan əlavə, hansı zülal molekullarının sintez ediləcəyini proqnozlaşdırmaq mümkün deyil.

“Odur ki, kollagen içmək bu günə qədər heç bir sübut bazası olmayan bir hekayədir. Məhsulun dəyərinə baxsanız və jelatinin dəyəri ilə müqayisə etsəniz, görərsiniz ki, əslində kollagenin tərkibi təxminən eynidir. Lakin bildiyiniz kimi kollagen jelatindən dəfələrlə baha olacaq”, – mütəxəssis qeyd edib.

Həkim hesab edir ki, kollagen əlavələri pul tələsidir və qiymətlər isə heç də ucuz deyil. “Rasionunuza zülal əlavə etmək üçün daha ucuz variantları tapa bilərsiniz və ya normal miqdarda adi proteinli qidalar yeyə bilərsiniz” , – ekspert yekunda vurğulayıb.(publika.az)

Tacxeber.com

Oxşar xəbərlər