44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova son günlər sosial şəbəkələrdə şəhidlərin səsi ilə bağlı yayılan videolara münasibət bildirib.
Tacxeber.com Axar.az-a istinadla xəbər verir ki, Azərbaycan xalqına müraciət edən şəhid anası bu cür addımların doğru olmadığını deyib:
“Xalqımızdan xahiş edirəm ki, belə videolar qarşılarına çıxdığı zaman onlara etirazlarını bildirsinlər. Burada bizim şəhid balalarımızı başqa səslərlə danışdırıb özləri haqqında məlumat verirlər. Yəni İnstaqram və Tik-tok səhifələrində izləyici yığmaq üçün bunu etmək heç cür uyğun iş deyil. Belə paylaşımlar edib, anaları incitmək lazım deyil”.