• 20 Sentyabr 2024 07:48

Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub – YENİLƏNİB

 

Paytaxtın bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

***

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər