“Bizi Nəsiminin heykəlinin açılışına çağırmışdılar. Ora çatanda gördüm ki, hamı pencəkdədir, mən də gödəkçədəyəm. Dedim ki, yaxşı deyil, Prezident kostyumda durub, mən gödəkçədə çıxım? Çıxardım ki, kimə verim saxlasın, gördüm hamı “ministerdi”. İndi mən bunu kimə verim ki, saxla, gedirəm ora? Təzədən geyindim. Dedim ki, cənab Prezident, məni bağışlayın, bir az xəstəyəm. Dedi ki, eybi yoxdur”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “Ötən günlər” verilişində deyib. Aktyor ölkə başçısı İlham Əliyevlə söhbətindən danışıb:
“Prezident sual verdi ki, Rasim müəllim, sən canlı Nəsimisən. Bu heykəl necədir? Rəssamlar da Prezidentin razılığını gözləyirlər ki, qonorar alsınlar. Desə ki, pisdir, bunlar batdı. Desə ki, yaxşıdır, gedib pullarını ala bilərlər. Dedim ki, cənab Prezident, yaxşıdır, amma… “Amma” deyəndə gördüm onlar ağardı… Dedim ki, cənab Prezident, film də çəkilmir, yaxşı pul versələr gəlib səhər, axşam duraram burada. Bərkdən güldü. İnsanlar elə başa düşdü ki, lətifə danışmışam. O sözlə də çatdırdım ki, kino çəkilmir”.