Demək olar hər gün həkimlərə belə suallarla müraciət edirlər- Həkim, mən onkoloji xəstəyəm, oruc tuta bilərəm? Ziyan olmaz ki?
Onkoloji xəstələrə oruc tutmaq barədə məsləhət belədir.
Hazirda aktiv şəkildə xərçəng müalicəsi alan xəstələrə oruc tutmaq məsləhət deyil, çünki müalicəsini normal davam etdirməsi üçün xəstələr rejimlə maye və qida qəbul etməlidir. Normal qidalanma və maye qəbulu müalicənin yan təsirlərindən qorumaq üçün də önəmlidir, çünki bədənin maye və enerji ehtiyatları bərpa olunmalıdır. Digər tərəfdən yuxu rejiminin pozulması stresə və immun sisteminin zəifləməsinə səbəb ola bilər ki, bu da müalicə müddətində arzuolunmazdır.
Xəstəliyi irəli mərhələdə olan zəif, ümumi vəziyyəti zəif olan xəstələrə oruc tutmaq məsləhət görülmür.
Müalicəsini tamamlamış, təqibdə olan, ümumi vəziyyəti yaxşı olanlar həkim məsləhəti ilə oruc tuta bilər.
Unutmayın: – Düzgün qidalanma, bol maye qəbulu, normal yuxu həm sağlamlıq, həm də uğurlu müalicə üçün əsasdır.