• 27 Dekabr 2024 01:55

Türkiyədə ana oğlunun qaçırıldığı maşından əl çəkmədi: Kapotundan yapışaraq kilometrlərlə yol getdi – VİDEO

 

Türkiyənin Düzce vilayətində ata 14 yaşlı oğlunu maşınla qaçırmağa cəhd edib.

Həyat yoldaşından ayrılan kişi oğlu ilə görüşdükdən sonra onu maşına mindirib və uzaqlaşmaq istəyib.

Bu zaman uşağın anası keçmiş həyat yoldaşının avtomobilinin kapotundan yapışıb və oğlunu buraxmayıb. Qadın hərəkət edən maşının kapotu üzərində təxminən 40 kilometr yol qət edib.

Ananın bu təqibi polisin müdaxiləsi ilə başa çatıb. Polis avtomobili saxlamağa nail olub. Maşın dayandığı zaman qadın yerə yıxılıb və xəsarət alıb.

Həmçinin atanın maşınla vurduğu məhəllə sakinlərindən biri də yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ata isə nəzarətə götürülüb.

 Tacxeber.com

Oxşar xəbərlər