• 26 Dekabr 2024 17:35

Bir əsgər kimi birləşib, İrana cavab verməliyik – Fəzail Ağamalı

 

Bir deputat olaraq ölkəmizin əsgəriyik, ona görə də İranın ölkəmizə qarşı hücumlarına cavab verməliyik.

Tacxeber.com xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Əgər biz bu gün Fransa senatının qərarı ilə bəyanatı müzakirə edirik. Hesab edirəm ki, İranla da bağlı belə bir bəyanat verilməlidir. Biz cavab vermədikcə, İran üstümüzə gəlir. Odur ki, İrana qarşı hamımız bir müsəlləh əsgər kimi birləşib buna cavab verməliyik”, – deputat qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər