Tacxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.
Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib. Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.
Daha əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.
“Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, – mənbə bildirib.
Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.