• 23 Noyabr 2024 03:56

Fazil Mustafanın xəstəxanadan FOTOSU yayıldı

 

Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafanın müalicə aldığı xəstəxanadan fotosu yayılıb.

Tacxeber.com xəbər verir ki, millət vəkili Real Tv-nin rəhbəri Mirşahin Ağayevlə birlikdə görüntülənib.

Fotodan da göründüyü kimi Mirşahin Ağayev millət vəkilindən müsahibə alır.

Qeyd edək ki, mart ayının 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

 

 

Oxşar xəbərlər