• 23 Noyabr 2024 03:54

Mehdiyevlər böyük şirkətlərini satdı

 

“Bank BTB” ASC törəmə şirkətini satıb.

Tacxeber.com xəbər verir ki, 06.04.2023 tarixində imzalanan ticarət müqaviləsində “BTB Kapital” ASC-nin hər birinin nominal dəyəri 350 manat olan 1000 ədəd səhmi satılıb. 350 min manatlıq satışda alıcının adı açıqlanmayıb.

Qeyd edək ki, “Bank BTB” ASC “BTB Kapital” ASC-də 100% paya sahibdir.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər