• 23 Noyabr 2024 01:54

Siyavuş Novruzov: “…Məhkəmlərin qarşısı deputatla dolu olar”

 

Erməni, İran pulu ilə maliyyə yardımı ilə Azərbaycan rəhbərliyi, ordumuz, deputatlar haqqında şər-böhtan, yalan xarakterli informasiyalara qarşı daha sərt tədbirlər görülməlidir.

Tacxeber.com xəbər verir ki, bunu deputat Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gündə xeyli sayda yalan, qərəz, böhtan xarakterli yazılara rast gəlir.

“Bütün bunlarla bağlı məhkəmələrə müraciət etmək də mümkün deyil. Əgər şikayətlə bağlı məhkəmlərə müraciət edilsə, o zaman məhkəmlərin qarşısı deputatla dolu olar”, – o qeyd edib.
Deputat onu da əlavə edib ki, müxalifət və xaricdə yerləşib Azərbaycanın düşmənləri ilə eyni mövqe sərgiləyir.

“Bu müxalifət təmsilçiləri əldə etdiyimiz uğurlara görə ermənilərdən betər od tutub yanırlar. Ona görə də yalan və böhtan xarakterli məlumat yayırlar. Bütün bunları nəzərə alaraq yalan informasiyaların qarşısını almaq üçün qanunlar sərtləşdirilməlidir. Bunun üçün heç kimdən çəkinməməliyik.  Çünki ermənidən pul alıb xaricdə oturanlar gündə bir kanal açmaqla, İranın “Səhər” telekanalı vasitəsi ilə Azərbaycana qarşı ağızlarına gələni danışırlar”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər