Lavrov: “Rusiya ümid edir ki, heç kim Ermənistan-Azərbaycan normallaşma prosesinə mane olmayacaq”
“Rusiya qeyri-regional oyunçuların Cənubi Qafqazda nizamlanmaya mane olmayacağına ümid edir”
Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Ümid edirik ki, qeyri-regional ölkələrdən olan həmkarlarımızdan bəziləri bu proseslərə (Cənubi Qafqazda nizamlamaya – red.) mane olmayacaq, tərəfləri Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli formatında əldə edilmiş razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinə istiqamətləndirəcəklər”, – deyə o, bildirib.
Xatırladaq ki, Rusiya XİN rəhbəri türkiyəli həmkarının dəvəti ilə aprelin 6-da Ankaraya yollanıb. Aprelin 7-də nazirlər görüşüblər. Görüş zamanı enerji məsələləri, Ukrayna ətrafındakı vəziyyət, “Taxıl sazişi”nin həyata keçirilməsi, eləcə də Qarabağda vəziyyətin normallaşdırılması, Dəməşq və Ankara arasında dialoq kimi mövzular ətrafında müzakirələrin aparılıb.