“İsrail “Tzeva Adom” hava təhlükəsi xəbərdarlığı sistemini Ukraynaya ötürməyə hazırlaşır”.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mayoru Viktor Vertsner TSN-ə müsahibəsində deyib.
Təqdimatın dörd ay ərzində başlaması və ilkin olaraq Kiyevi əhatə etməsi gözlənilir.
Mütəxəssisin sözlərinə görə, sistem radarlar ilə koordinasiyada işləyir. O, raketlərin trayektoriyasını hesablayır və bu raketlərin göndərildiyi yerlərə xəbərdarlıq edir. Belə ki, yeni sistemlə təhlükə altında olan şəhərin konkret bölgəsində və hətta rayonunda həyəcan siqnalı veriləcək.
Mayor iddia edir ki, “Tzeva Adom” “S-300”, “S-400” və hazırda Ukraynanın hava hücumundan müdafiəsi üçün görünməyən hipersəsli “Kinjallar”ı aşkar etməyə qadirdir.
Mobil proqram vasitəsilə isə sistem sakinlərin sığınacaqda nə qədər vaxt gizləndiyini bildirir.
Hazırda “Tzeva Adom” raketlərin uçuş məsafəsində yerləşən İsrailin bütün şəhərlərində fəaliyyət göstərir. Raket buraxılışını aşkar etdikdən sonra sistem avtomatik olaraq işə düşür. Məsələn, Sderotda sistem sakinləri raketlərin şəhərə yaxınlaşmasından 15 saniyə əvvəl, Aşkelonda isə 30 saniyə əvvəl xəbərdar edir.