• 25 Noyabr 2024 18:14

Putin köməkçisini İrana göndərdi

 

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi İqor Levitin İrana səfər edib.

Tacxeber.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Levitin Şimal-Cənub dəmir yolu layihəsini müzakirə etmək üçün İrana gedib.

Onun İran paytaxtına iki günlük səfəri çərçivəsində İran rəsmiləri, o cümlədən ölkənin birinci vitse-prezidenti Məhəmməd Mohber və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş ilə görüşlər keçirəcəyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər