“Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim. Deməli, hər kəsin bir qisməti var”.
Tacxeber.com xəbər verir ki, bunu globalinfo.az-a sabiq deputat Hacı Qalib Salahzadə deyib.
O hadisənin təfərrüatını danışıb: “1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər”.
Hacı Qalib bildirib ki, on güllələyən şəxsi qohumu öldürüb: “Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü. O həbs olunmadı. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi”.