• 26 Noyabr 2024 11:02

İsveçli futbolçu: “Azərbaycan millisinə qarşı ən yaxşı oyunumuzu keçirmədik”

 

“Azərbaycan millisinə qarşı heç də ən yaxşı oyunumuzu keçirmədik”.

Tacxeber.com xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri ev matçı barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi hədəflərinin final mərhələsinə yüksəlmək olduğunu bildirib:

“Əlbəttə ki, yeganə məqsəd final mərhələsində iştirak etməkdir. Seçmə mərhələnin startında güclü Belçika ilə qarşılaşdıq. Rəqib daha yaxşı idi və nəticədə 0:3 hesabı ilə uduzduq. Azərbaycan millisi ilə görüşdə isə 5:0 hesablı qələbəyə layiq idik. Amma bilirik ki, bundan da yaxşı çıxış edə bilərik və gələcəyə pozitiv baxırıq”.

Qeyd edək ki, İsveç yığması F qrupunda növbəti oyununu iyunun 20-də səfərdə Avstriya seçməsinə qarşı keçirəcək. Azərbaycan millisi isə iyunun 17-də Estoniyanı qəbul edəcək.

Tacxeber.com

Oxşar xəbərlər