• 23 Noyabr 2024 04:52

Müğənni Gülay: “İki qoyun aldım, hər axşam zəng etdim ki, artım var?”

 

Müğənni Gülay Zeynallının bacısı ilə birlikdə biznes qurmaq arzusu yarımçıq qalıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “7 canlı” verilişində  danışıb. Gülay aparıcı Vüsalə Əlizadənin “Eşitdik mal-qara biznesin var” sözlərinə belə reaksiya verib:

“Bacım Füzuli rayonunda yaşayır. Dedim ki, bir az qoyun, inək alım, saxlayın, çoxalsınlar. İki qoyun aldım, hər axşam zəng etdim ki, artım var? Axırda bacım bezdi, dedi, gəl qoyunlarını götür, get. Hövsələsizliyimdən işi qura bilmədim”.

Tacxeber.com

Oxşar xəbərlər