Sabah hava meteohəssas insanlar üçün narahatlıq yarada bilər.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 13-də Abşeron yarımadasında gündüz komfort temperatur şəraiti gözlənilsə də, mülayim gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.